Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Milli Məclisdə təhsillə bağlı dinləmələr keçiriləcək

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasının iş planına “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məsələsi daxil edilib.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

O bildirib ki, fevralın sonu – martın əvvəlində komitənin genişləndirilmiş iclası keçiriləcək: “İclasa Elm və Təhsil Nazirliyinin əməkdaşları da dəvət olunacaq. Nəzərdə tutulub ki, bu sessiya müddətində “Ali təhsil haqqında” qanun layihəsi I oxunuşda parlamentin plenar iclasına tövsiyə olunsun”.

Check Also

Qanun layihəsinin adının dəyişdirilməsi təklifi qəbul olunmadı

Milli Məclisin bu gün keçirilən iclasında “Kraudfandinq haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb Boyukmillet.com-un …