Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Yenilənmiş Lada 4×4 modelinin satış tarixi bilindi

Bu məlumat ilk növbədə, butalı köynək, dar şalvar və corabsız mokasin geyinməyə üstünlük verən gəncləri çox maraqlandıracaqdır. Yenilənmiş Lada 4×4 modelinin istehsalının başlanması tarixi məlum olub.

Şirkət daxilindəki mənbələr onların qulaqlarına restaylinq keçmiş Lada 4×4 ofroudeinin istehsalının bu ilin dekabr ayında başlanacağını, avtomobilin satışlarına isə, 2020-ci ilin yanvar-fevral ayında start veriləcəyini pıçıldayıblar.


Xatırladaq ki, insayderlər ofrouderin yeni ön panelə, narıncı rəng işıqlandırması olan cihazlar panelinə, müasir idarəetmə bloku olan klimat-kontrol sisteminə və yeni düymələrə sahib olacağını bildiriblər. Bundan başqa, Lada 4×4 yeni tavan örtüyünə də sahib olacaqdır. Nəhayət, avtomobilin salon tərtibatında istifadə edilən materialların keyfiyyətinin yüksəldiləcəyi bildirilir.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …