Bazar , 15 Noyabr 2026
Drone Cameras

Ermənistan Təhlükəsizlik Şurası katibinin xidməti avtomobili qəza törədib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın xidməti avtomobili qəza törədib.

Boyukmillet.com xəbər verir ki, hadisə yanvarın 26-da səhər saatlarında İrəvanın Komitas prospekti ilə Gülbenkyan küçəsinin kəsişməsində baş verib.

A.Qriqoryanın “Toyota Land Cruiser” markalı xidməti avtomobili “Range Rover”lə toqquşub. Təhlükəsizlik Şurası katibinin hadisə zamanı maşında olub-olmadığı açıqlanmayıb.

Hər iki sürücü alkol testindən keçirilib.

Sürücülər qəzaya görə bir-birilərini günahlandırıblar.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …