Bazar , 29 Sentyabr 2024
Drone Cameras

“Məktəblinin dostu” layihəsinin əməkdaşları üçün təlim keçirilib

“Məktəblinin dostu” layihəsinin əməkdaşları üçün ictimaiyyətlə əlaqələrə dair təlim keçirilib.

Boyukmillet.com xəbər verir ki, təlimin əsas məqsədi ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, vahid informasiya mübadiləsinin təmin olunması, məktəblərin fəaliyyətinin ictimaiyyətə təqdim olunmasındakı açıqlıq və media ilə iş sahəsində atılan addımlar barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir.

Məktəb və müəllimin ictimai nüfuzunun qorunması, fəaliyyətin təqdim olunması, qarşılıqlı əməkdaşlıq imkanlarının artırılması məsələlərindən bəhs olunan təlimdə BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov “Məktəblinin dostu” layihəsinin əməkdaşlarının bu istiqamətdə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Təlimdə “Ümumi yanaşmalar”, “Tənzimləyici sənədlər”, “İctimaiyyətlə əlaqə və KİV-lə iş”, ““Məktəblinin dostu” əməkdaşlarından ictimai gözləntilər”, “Təşəbbüslər və təhsilə dəstək”, “Daxili informasiya mübadiləsi”, “Tədbirlərin tənzimlənməsi”, “Sorğuların operativ cavablandırılması”, “Məktəb saytlarının fəaliyyətinin tənzimlənməsi”, “Sosial şəbəkələrlə iş” və digər mövzular ətrafında müvafiq söhbətlər aparılıb, tövsiyələr verilib.

Həmçinin təlimdə mövzular ətrafında fikir mübadiləs

Check Also

Oktyabrın 2-də ilin ikinci Günəş tutulması olacaq

Bu ilin ikinci Günəş tutulması oktyabrın 2-də baş verəcək. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika …