Cümə axşamı , 2 May 2024
Drone Cameras

Azərbaycan İsrailə başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İsrailə bu ölkədə törədilmiş terror aktı ilə bağlı başsağlığı verib.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə XİN-in tviter hesabında paylaşım edilib.

“Yerusəlimin Neve Yaakov məhəlləsindəki Sinaqoqda terror hücumunu şiddətlə qınayırıq. Həlak olanların ailəsinə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”, – Azərbaycanın xarici siyasət idarəsi başsağlığıda qeyd edib.

Qeyd edək ki, Yerusəlim şəhərində sinaqoqa silahlı hücum zamanı 8 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs güllələnib.

Hücum terror aktı kimi qiymətləndirilir.

Check Also

Baş direktor: ICESCO Azərbaycanla əməkdaşlıqdan qürur duyur

ISESCO Azərbaycanla əməkdaşlıqdan qürur duyur. Boyukmillet.com xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd …