“Bizim bir çox vətəndaşlarımızın İranda olduğunu, səfər etdiklərini nəzərə alaraq, onların hər hansı məsələləri, sualları olarsa, diplomatik missiyadan yardımlara ehtiyacları olarsa, onlar bizim Təbrizdəki Baş konsulluğa müraciət edə bilərlər”.
Boyukmillet.com- un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Nazir müavini vurğulayıb ki, İranın bəzi qurumları terror aktını məişət məsələsi kimi sırımağa çalışıblar.