Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Gənclər Günü münasibətilə muzeylərdə “açıq qapı” olacaq

Azərbaycan Gəncləri Günü ilə əlaqədar 1-2 fevral tarixlərində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə gənclər üçün “açıq qapı” olacaq.

Boyukmillet.com xəbər verir ki, bununla əlaqədar həmin günlərdə yaşı 14-dən 29-dək olan şəxslərin muzeylərə sərbəst girişi təmin ediləcək.

Qeyd edək ki, 2 fevral Azərbaycan Gəncləri Günüdür. Prezident Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla əsası qoyulan əlamətdar gün ölkəmizdə hər il müxtəlif tədbirlərlə qeyd olunur.

Check Also

Azərbaycanda ilk dəfə kamança üzrə milli standartlar təsdiqlənib

Azərbaycanda ilk dəfə kamança üzrə milli standartlar təsdiqlənib. Bu barədə  Mədəniyyət Nazirliyindən məlumat verilib. Nazirliyin …