Məlum olduğu kimi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları ilə qazilər arasında insident baş vermişdir. İnsident nəticəsində SOCAR-ın bir neçə əməkdaşı ağır bədən xəsarətləri alıb. Marağlıdır ki, bu hadisəni törədənlər, yəni qazi olduqlarını iddia edən şəxslər hələ həqiqətən müharibə iştirakçısı olub-olmadığı bilinmədən hökumətə və xüsusilə Dövlət Neft Şirkətinin rəhbərliyinə qarşı qarayaxma kompaniyası aparırlar. Bu kompaniya ümumilikdə hökumət təmsilçilərinə və bütövlükdə Azərbaycan dövlətçiliyinə qarşı son dövrlərdə iyrənc hal almaqdadır. Dövlətçiliyimizi ləkələmə, ölkəmizdə olan sabitliyi pozma məkrli niyyətin arxasında xaricdə oturan bəzi dairələrin olduğu heç kimə sirr deyil. Bu antiazərbaycan qüvvələrin bir hədəfi də Azərbaycan Dövlət Neft Şirkəti və onun Prezidenti Rövnəq Abdullayevdir. Ayrı-ayrı dövrlərdə Rövnəq Abdullayevə qarşı böhtan və qarayaxma çıxışların növbəti həlqəsi ötən gün baş verən insidentdir. SOCAR-ın əməkdaşlarına hücum edib, onlara ağır bədən xəsarəti yetirib daha sonra qazilər döyüldü iddiasının ortaya atılması ancaq açıq bir təxribat sayıla bilər. Kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdır. Heç kəs, hətta vətən qarşısında xidməti olan şəxslər belə hökumət nümayəndələrinə qarşı zorakılıq göstərməsi yolverilməzdir. Onlar gələcək nəslə nümunə olmalıdır. İnanıram ki, məlum hadisəni törədənlər təxribatçı qüvvələrin fitnəsinə uyanlardır. Cəmiyyətimiz belə hadisələrə həssas yanaşmalı və istənilən zorakılığı qınamalıdır.
SİMA BABAYEVA
boyukmillet.com