Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyədə avtobus qəzaya uğrayıb, azərbaycanlı ağır yaralanıb

Türkiyədə azərbaycanlı yol qəzasında xəsarət alıb.

Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, türkiyəli Səfər B-nin idarə etdiyi avtobus dayanacaqda dayanmış şəxslərə, daha sonra mikroavtobusa çırpılıb.

Hadisə nəticəsində 51 yaşlı Hikmət Kaya ölüb. Azərbaycanlı Əhməd Rzayev, həmçinin türkiyəli Fatma O, Yeter Bayqın, Oruç, Fehim Aydın və əlcəzairli Messaouda Marike yaralanıblar.

Soydaşımızın durumunun ağır olduğu bildirilib. O, yaxınlıqdakı klinikaya yerləşdirilib.

Avtobus sürücüsü saxlanılıb.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …