Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Şəmkirdə toyda 2 nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Şəmkirdə 2 nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun “Report”un Qərb bürosuna verdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini Məmməd Məmmədlinin və İntiqam Nərimanlının bıçaqla müxtəlif bədən xəsarətləri alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış axtarış tədbirləri nəticəsində vətəndaşlara xəsarət yetirməkdə şübhəli bilinən rayon sakini Novruz Əmraslanov saxlanılıb.

Fakla bağlı araşdırmalar davam etdirilir.

Check Also

Salyanda 9 kiloqram narkotik satmaq istəyən şəxslər həbs olunub

Salyanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinən əvvəllər məhkum olunan Müşfiq Hüseynov və Anar Əsgərov həbs …