NATO-da Türkiyədəki zəlzələyə görə bütün bayraqlar yarıya endirilib.
Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Alyansdakı nümayəndəliyindən bildirilib.
Qeyd olunub ki, bu, baş vermiş zəlzələ ilə əlaqədar Türkiyə xalqı və hakimiyyəti ilə həmrəylik əlamətidir.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir həftəlik günlük matəm elan edib.