Türkiyə Voleybol Federasiyası (TVF) Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) voleybol komandasından 16 nəfərin Adıyamanda “əsrin fəlakəti” zamanı çökən otelin dağıntıları altında həyatını itirdiyini açıqlayıb.
Boyukmillet.com xəbər verir ki, Federasiyadan verilən açıqlamada, “Ölkəmizdə baş verən zəlzələ fəlakətində Adıyamandakı otelin dağıntıları altında tapılan Quzey Kıbrıs voleybol komandasından 16 nəfərin həyatını itirdiyini dərin hüznlə öyrəndik. Həyatını itirən bütün idmançılarımıza və vətəndaşlarımıza Allah rəhmət eləsin, ailələrinə və millətimizə başsağlığı veririk”, qeyd edilib.
Şəhərdə keçirilən orta ixtisaslararası idman yarışları üçün KKTC-dən olan oğlan və qızlardan ibarət komandalarda 24 idmançı, 5 müəllim və 6 valideyn olmaqla ümumilikdə 35 nəfərin iştirak etdiyi açıqlanıb.