Cümə , 22 Noyabr 2024
Drone Cameras

Türkiyədə zəlzələdən sağ çıxan azərbaycanlıya sığınacaq verilib

Bu yaxınlarda Türkiyənin Adana şəhərinə gedən və fevralın 6-da baş verən zəlzələ zamanı fəlakətə məruz qalan Azərbaycan vətəndaşı Rahib Rüstəmova sığınacaq verilib.

Boyukmillet.com xəbər verir ki, o, Azərbaycanın Kültür və Həmrəylik Dərnəyi ilə əlaqə saxlayıb. Dərnək onun yaşayış yeri və digər ehtiyaclarını qarşılayıb. R.Rüstəmov Akasya Tələbə Yataqxanasında məskunlaşıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

Son məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb. Təbii fəlakət zamanı həmçinin 80 mindən çox insan xəsarət alıb.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Check Also

Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır

Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır. Boyukmillet.com “Akşam”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat …