Cümə axşamı , 9 Aprel 2026
Drone Cameras

Ekspert: “Azərbaycan Mərkəzi Asiyadan Aİ-yə qaz ixracı üçün platformaya çevrilə bilər”

“Azərbaycan gələcəkdə Mərkəzi Asiyadan Avropa İttifaqına təbii qaz ixracı üçün platformaya çevrilə bilər”.

Boyukmillet.com xəbər verir ki, bunu Belçikanın “New Direction” beyin mərkəzinin icraçı direktoru Vitold de Şevilli Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığa həsr olunmuş vebinarında çıxışı zamanı deyib.

“Rusiyanın Ukraynada başlatdığı müharibə ilə əlaqədar olaraq, Avropa İttifaqı üçün daha təhlükəsiz nəqliyyat marşrutlarının tapılması vacibdir ki, onlardan biri də Orta Dəhlizdir. Bu, əməkdaşlığımızı genişləndirmək üçün unikal imkandır və biz əminik ki, Mərkəzi Asiyadan və Cənubi Qafqazdan Aİ-yə ixrac artacaq. Bilirik ki, son 7 ayda bu göstərici artıq 15 % artıb, lakin biz daha da çox iş görməliyik”, – o bildirib.

Təbii qaza sərbəst çıxış olmadan Aİ iqtisadiyyatının inkişaf etməsinin mümkün olmadığını bildirən ekspert ötən ilin iyulunda Azərbaycan ilə enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumunun imzalandığını xatırladıb.

Belçikanın beyin mərkəzinin rəhbəri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasının vacibliyini vurğulayıb: “Dayanıqlı inkişaf etməsi üçün regionda sabitlik və sülh olmalıdır. Bu baxımdan biz Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə keçirilən görüşlərdə bəzi müsbət addımların şahidi olduq”.

Check Also

Müharibə və neftin bahalaşması qlobal ərzaq qiymətlərini artırır, əkin sahələri isə azalır

Mart ayında dünya bazarında ərzaq məhsullarının qiymətləri artıb. Bu artım əsasən Yaxın Şərqdə münaqişənin kəskinləşməsi …