Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Erməni xilasedicilərdən rüsvaylıq: ölənlərin şəxsi əşyalarını oğurlayır, evləri qarət edirlər

Ermənilər bir daha dünyaya öz xislətlərini, əsl simalarını nümayiş etdirmiş oldular. Türkiyəyə zəlzələdən zərər çəkənlərə kömək adı altında gedən ermənilərin soyğunçuluqla məşğul olduqları üzə çıxıb.

Boyukmillet.com Milli.Az-a istinadən xəbər verir ki, Milli İstiqbarat Təşkilatının (MİT) əməkdaşları Adıyaman şəhərində zəlzələ zamanı dağılmış evdən qarət və oğurluq etdiklərinə görə Arsen Qazaryan və Vahan Sürmalyanı saxlayıblar. Axtarış zamanı onların üzərindən ölən Türkiyə vətəndaşlarının sənədləri, şəxsi əşyaları və qızıl-zinət əşyaları aşkar edilib.

Hatay vilayəti prokurorluğu talan maddəsi ilə cinayət işi açıb. Həbs olunanların hər ikisi Ermənistandan olan xilasedici qrupun nümayəndələridir. 

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …