Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Təhlükə yaxınlaşır…

Alp-Himalay seysmik qurşağı üzərində yerləşən müxtəlif məntəqələrdə, o, cümlədən qardaş Türkiyədə güclü zəlzələlər baş verəndə demişdim ki, Azərbaycan da bu qurşaq üzərində yerləşir və hər an hazır olmalıyıq. Üzərimə düşüb deyirdilər ki, “Ola bilməz, zəlzələlər baş verən məntəqələr Azərbaycandan uzaqdır və buradakı zəlzələ ocaqlarını oyada bilməz”.

Dünən Xəzər dənizində 3,4 maqnitudalı zəlzələ qeydə alınıb. Bu isə Azərbaycandan uzaq deyil, çox yaxındır. Xəzərdə zəlzələnin baş verməsi qurşaq üzrə müxtəlif məntəqələrdə seysmik fəallığın mövcud olduğunu bir daha sübut edir. Azərbaycanda zəlzələnin baş verməsi istisna edilməməlidir. Unutmaz olmaz ki, Azərbaycan seysmik fəal ərazidə yerləşir. Alp-Himalay qurşağı dünya üzrə ikinci ən fəal seysmik hadisələr baş verən qurşaqdır. Təbii ki, heç birimiz zəlzələ və ya başqa təbii fəlakətin baş verməsini istəmirik. Ancaq reallıqlar ilə barışıb ona uyğun hərəkət etməliyik. Özümüzü aldatmaqla əlimizə heçnə keçməyəcək…

Anar Salehoğlu

Check Also

“MedEra” hospitalının vəkili: “Ağadadaş Ağayevi sakitləşdirmək mümkün olmayıb”

Müğənni canlı yayımda danışacağını deyib Xəstəxananın vəkili Xeyransa Babayeva “Azad Azərbaycan” televiziyasının canlı efirində bildirib …