Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 35 418 nəfərə çatıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, yaralıların 13 208-i xəstəxanalarda müalicəsini davam etdirir.
“Ölən 35 418 vətəndaşımın hər birinə rəhmət diləyirəm. Xilas edilən 105 505 yaralıya şəfa diləyirəm”, – Ərdoğan vurğulayıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ, həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.