Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 289,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Boyukmillet.com xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrünə nisbətən 19 % azdır.
İllik xarici ticarət dövriyyəsinin 1 milyard 876,8 milyon ABŞ dolları ixracın, 1 milyard 412,7 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 39,2 % az, idxal isə 44,9 % artıb.
Son nəticədə xarici ticarətdə 464 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 4,6 dəfə azdır.