Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Tehranda bəsicin bazasının qapısı yandırılıb

İranın paytaxtı Tehranın Kerman küçəsindəki bəsic qüvvələrinə məxsus “Əmin İslam Pənah” adlı bazanın üzərindəki lövhə və banerlərə od vurulub.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Azadİran” məlumat yayıb.

Bildirilib ki, Tehran rejiminin “Əzab (Fəcr) ongünlüyü” (1979-cu il inqilabının qələbəsi on günlüyü) təbliğat banerlərinin məhv edilməsi və yandırılması davam edir. Tehranda gənclərin bəsicin bazasının qapısını yandırması da bu aksiyaların tərkibi sayılır.

Həmin hadisəni videoya çəkən şəxs isə bunları vurğulayıb: “İnşallah tezliklə işıqlı gün və Xameneinin hakimiyyətdən getməsi ümidi ilə. Rejimə ölüm!”

Check Also

Ermənistan sərhəddə delimitasiya xəbərlərinə aydınlıq gətirdi

Ermənistan hakimiyyəti Azərbaycan–Ermənistan sərhədində delimitasiya işlərinin aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Boyukmillet.com xəbər verir …