Azərbaycanın işğaldan azad edilmiş ərazilərində gələcəkdə baş verə biləcək mina partlayışlarının qarşısını almaq üçün konsepsiyanın hazırlanması təklif edilib.
Boyukmillet.com xəbər verir ki, bunu Şəhərsalma Məsələləri üzrə İşçi Qrupunun Ağdamda keçirilən iclasında Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov bildirib.
“Bu konsepsiyada insanların təhlükəsiz yaşaması, hərəkəti, kənd təsərrüfatıvə digər işlərlə məşğul olması kimi məsələlər yer almalıdır. Müharibədən sonra 282 mina hadisəsi olub, 46 nəfər həlak olub, 236 nəfər yaralanıb. Mina hadisələrin 22,7 %-i Ağdam rayonunun payına düşüb. Burada 7 nəfər həlak olub, 57 nəfər yaralanıb. Ağdamın 7 kəndi keçmiş təmas xəttinin ərazisinə düşür. Rayon üzrə 2 kilometrlik radiusda 49 483 ədəd tank və piyada əleyhinə mina var. O cümlədən, Qənvərt kəndində 15 472 ədəd, Kəngərli kəndində 10 306 ədəd, Saraclı kəndində isə 14 080 mina var”, – deyə o qeyd edib.