Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Hindistan-Pakistan müharibəsinin – Şok nəticələri

ABŞ-ın elm adamları Pakistan və Hindistan arasında 2025-ci ildə baş verə biləcək nüvə müharibəsinin nəticələrini dəyərləndirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Arş Texnika” adlı saytda məlumat yayılıb.

Elm adamları nüvə müharibəsinin 2025-ci ildə baş verə biləcəyini proqnozlaşdırıblar, tərəflərin hər birində 400-500 nüvə silahı olduğunu ehtimal edirlər.

Araşdırmaya əsasən, Hindistan 100 strateji raketlə Pakistana hücum edəcək, qarşı tərəf də 150 raketlə buna cavab verəcək. Bu vəziyyətdə cəmi bir həftə ərzində 50-125 milyon arası insan həlak olacaq.

Tədqiqatın nəticələrinə görə, nüvə müharibəsi əhəmiyyətli dərəcədə iqlim dəyişikliyinə səbəb olacaq. Nüvə partlayışlarının ardından karbon tərkibli aerozollar, xüsusən də 10 milyon ton sabun meydana gələcək. Troposferin yuxarı qatlarına yüksələcək bu kütlə qlobal soyuma ilə nəticələnən günəş şüalarını udmağa başlayacaq.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …