Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Firudin Pərviz Nia: “Vahid milli güc ortaya qoymalıdır

Son vaxtlar İran rejiminin Güneydə yaşayan soydaşlarımıza qarşı repressiv siyasəti, Azərbaycan Respublikasına qarşı təhdid siyasəti ciddi etirazla qarşılanır. İç üzünü tam şəkildə göstərən fars molla rejiminə qarşı milli qüvvələrin birliyi zərurətə çevrilib.

Boyukmillet.com xəbər verir ki, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Firudin Firudin Pərviz Nia bu günümüzlə bağlı soydaşımıza səslənib:”100 ildən çoxdur ki, Güney Azerbaycan istila altındadır. Qacar hakimiyyətini İngilis və Rus imperalizmi ilə ardıcıl savaşlarda zəiflədib nəhayətdə tarixi torpaqlarımızda Türk əsilli xənadanlığa son qoyub, quldur Rza şahı hakimiyyətə gətirdilər. Əsas məqsəd parçalanmış Azərbaycanın Güneyində Türk hakimiyyətinə son qoyaraq bütövlükdə Türk dünyasını coğrafi baxımdan bir birindən ayırıb zəiflətmək və məhv etmək idi. Bu günə qədər Güney Azerbaycanda imperialistlərin və Fars satılmış ünsürlərin vasitəsilə məlum siyasət icra edilir. Şah rejimi gedib dini rejim qurulsa da Türk millətinə qarşı siyasət dəyişmədi. Bu taktikanı ruslar ermənilər vasitəsilə Quzey Azərbaycanda da həyata keçirdilər. Quzey Azərbaycan dövlət müstəqilliyini qazandı və bu dövlət tikan kimi İslam rejiminin gözünə girir, onu ən böyük düşmən sayır. Güney Azərbaycan bugün İslam rejiminə yox, bəlkə dünyanın böyük gücləri ilə üz üzə durur. Bu gün Quzey və Güney Azərbaycan fars, rus, ingilis, erməni siyasətinə qarşı vahid milli güc ortaya qoymalıdır. Planlı hərəkat bu gün Azərbaycan Aktivistlərinin amacı olmalıdır. Yaşasın Azərbaycan-Türk milləti, məhv olsun onun düşmənləri”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …