Şənbə , 13 Dekabr 2025
Drone Cameras

NATO Baş katibi İsveç və Finlandiya liderləri ilə görüşüb

NATO Baş katibi Yens Stoltenberqlə Finlandiya Prezidenti Sauli Niinistö və İsveç Baş naziri Ulf Kristersson arasında üçtərəfli görüş olub.

Boyukmillet.com xəbər verir ki, bunu Y.Stoltenberq tviterdə yazıb.

Tərəflər Finlandiya və İsveçin Alyansa üzvlüyünü müzakirə ediblər.

“Türkiyə səfərimdən sonra liderlərlə görüşdüm. İndi onlar üzvlüyə müraciət etməzdən əvvəlkinə nisbətən daha təhlükəsizdirlər. Hər iki dövlətin NATO-ya üzv olmasını səbrsizliklə gözləyirəm”, – Baş katib söyləyib.

Check Also

Tehran əvvəlki səviyyəyə qayıtdı: İran raket istehsalını tam bərpa edib

İran raket istehsalını yenidən tam gücü ilə bərpa edərək arsenalını əvvəlki səviyyəyə çatdırıb. Boyukmillet.com xəbər …