Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Argentina Ukrayna üçün humanitar yardım göndərib

Argentinanın Ukrayna üçün humanitar yardımı Polşaya yola düşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“XİN-in tabeliyində olan və Sabina Frederik tərəfindən idarə olunan Argentinanın Beynəlxalq Əməkdaşlıq və Humanitar Yardım Agentliyinin rəhbərliyi öz ərazilərində hərbi münaqişədən zərər çəkmiş ukraynalılara yardımın 12-ci partiyasının göndərilməsində dəstək olub”, – məlumatda vurğulanıb.

İdarə diqqətə çatdırıb ki, humanitar yardım partiyası Argentinada yaşayan Ukrayna diasporu tərəfindən toplanıb. Buraya, xüsusən də Argentina əczaçılıq şirkəti tərəfindən bağışlanan dərmanlar daxildir.

Yardım Polşaya çatdırılacaq, oradan isə Kiyevə yönləndiriləcək.

Check Also

Bayden Ukraynaya 5,5 milyard dolların ayrılmasını təsdiqləyib

ABŞ Prezidenti Cozef Bayden prezident səlahiyyətləri çərçivəsində Konqres tərəfindən təsdiqlənmiş vəsaitlərdən qalan 5,5 milyard dolların …