Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Braziliyada leysan yağışlar onlarla insanın həyatına son qoyub

Braziliyanın San-Paulu ştatının şimal sahillərində yağan güclü yağışlar nəticəsində azı 24 nəfər ölüb, onlarla insan itkin düşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb.

Son gün ərzində əraziyə bir aylıq yağıntı norması düşüb. Təbii hadisə çoxsaylı daşqın və sürüşmələrə, yaşayış binalarının və infrastrukturun dağılmasına səbəb olub. San-Paulu ştatının eyniadlı paytaxtını sahilyanı ərazilərlə və qonşu Rio-de-Janeyro ilə birləşdirən əsas magistral yollarda əlaqə kəsilib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, onlarla insan dağıntılar altında qalıb.

Təbii fəlakətdən əziyyət çəkən 5 bələdiyyədə fövqəladə vəziyyət elan edilib.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …