Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Almaniya Ukraynadakı müharibəyə görə ötən il 100 milyard avro itirib

Almaniya Rusiya-Ukrayna müharibəsi və bununla əlaqədar Avropada elektrik enerjisi xərclərinin artması nəticəsində ötən il 100 milyard avro itirib.

Boyukmillet.com xəbər verir ki, bunu Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun (DIW) prezidenti Marsel Frasşer deyib.

Onun sözlərinə görə, Ukraynadakı müharibə, eləcə də bununla bağlı elektrik enerjisi xərclərinin artması Almaniyaya ötən il iqtisadiyyatın məhsuldarlığının təxminən 2,5%-ə başa gəlib ki, bu da 100 milyard avroya bərabərdir.

“Bu xərclər növbəti illərdə artmağa davam edəcək”, – Frasşer deyib.

O əlavə edib ki, Almaniya böhrandan xüsusilə təsirlənib, çünki ölkə Rusiya enerjisindən daha çox asılıdır, həmçinin enerji tutumlu sənayenin yüksək payına malikdir və ixracdan, qlobal təchizat zəncirlərindən hədsiz dərəcədə asılıdır.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …