Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA) Budapeştdə keçirilən Enerji üzrə İşçi Qrupunun 3-cü iclasında Azərbaycanın Avropaya gələcəkdə hidrogen ixracı imkanları barədə məlumat verib.
Bu barədə Boyukmillet.com AREA-ya istinadən xəbər verir.
Azərbaycan və Macarıstan hökumətləri arasında Enerji üzrə İşçi Qrupunun 3-cü iclasında Agentliyin direktor müavini Aygün Zeynalova iştirak edib.
Həmçinin, A.Zeynalova “Yaşıl Enerjinin Ötürülməsi Konsepsiyası” adlı təqdimatla çıxış edib, “yaşıl enerji”nin nəqli yolları, imkanları barədə də məlumat verib.
İclasda Avropa İttifaqı ilə imzalanmış Memorandum çərçivəsində Azərbaycanın Avropanın enerji təchizatına gələcək töhfəsi, “yaşıl enerji” dəhlizi, Macarıstanın “yaşıl enerji” üzrə inkişaf planı və enerji səmərəliliyi sahəsində təcrübəsinə dair təqdimatlar edilib və çıxışlar dinlənilib.