Bazar , 22 Noyabr 2026
Drone Cameras

Estoniya Aİ ölkələrinə Ukraynaya bir milyon mərmi göndərməklə bağlı çağırış edib

Estoniyanın xarici işlər naziri Urmas Reynsalu Avropa İttifaqı ölkələrini ölkənin təcili sursata ehtiyacı səbəbindən altı ay ərzində Ukraynaya bir milyon artilleriya mərmisi göndərməyə çağırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Estoniyanın təklifinə əsasən, Aİ ölkələri birgə satınalmalar vasitəsilə Ukraynaya bir milyon artilleriya mərmisi verə bilər”, – nazir bildirib.

Onun sözlərinə görə, bu qədər sursat istehsal edib Kiyevə təhvil vermək təxminən dörd il çəkəcək. Bununla əlaqədar olaraq, nazir Aİ dövlətlərini yarım il ərzində tapşırığın öhdəsindən gəlmək üçün istehsal gücünü əhəmiyyətli dərəcədə artırmağa çağırıb.

Check Also

Hörmüz boğazında ABŞ-nin kəşfiyyat-zərbə dronu vurulub

Hörmüz boğazının şərqində ABŞ-yə məxsus 20-ci “MQ-1” kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı (PUA) vurulub.Boyukmillet.com xəbər verir …