Bazar , 15 Noyabr 2026
Drone Cameras

Jozep Borel Ukraynaya silah tədarükünü sürətləndirmək üçün təkliflər hazırlayıb

Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel martın 7-8-də keçiriləcək görüşdə təşkilatın 27 ölkəsinin müdafiə nazirlərinə Ukraynaya silah tədarükünün sürətləndirilməsi ilə bağlı təkliflər verəcəyini bildirib.

Boyukmillet.com xəbər verir ki, Jozep Borelin sözlərinə görə, Ukrayna ordusunun xüsusilə tanklar və artilleriya üçün çoxlu sursata ehtiyacı var. Onun fikrincə, Avropa İttifaqı yaxın vaxtlarda sursat təchizatı ilə bu problemi həll etməlidir.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …