Azərbaycanın aparıcı vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri Naxçıvana gediblər.
Boyukmillet.com xəbər verir ki, səfərdə həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları, media qurumları, ağsaqqallar və veteranlar təşkilatlarının 250 nəfər nümayəndəsi iştirak edir.
Məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən konfransa qatılmaqdır.
Səfər ulu öndərin abidəsini ziyarətlə başlayıb. Sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar. Muzeydə nümayəndə heyətinə ümummilli liderin zəngin həyat yolu və fəaliyyəti barədə geniş məlumat verilib.
Daha sonra Heydər Əliyev Sarayında “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans işə başlayıb.
Konfransdan sonra qonaqlar Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olacaqlar.