Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Bakı şəhər prokurorluğunda Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar konfrans keçirilib

Bakı şəhər və tabe rayon prokurorluqlarının əməkdaşlarının iştrakı ilə “Azərbaycan dövlətçiliyinin xilasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.

Boyukmillet.com xəbər verir ki, konfrans iştirakçıları dövlət xadimi Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək onun əziz və unundulmaz xatirəsini yad edib.

Bakı şəhər prokuroru Elşən Abbasov xalqımızın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan Heydər Əliyevin mənalı və şərəfli həyat yolu, ölkə müstəqilliyi, ərazi bütövlüyü və dövlətçiliyə qarşı yönələn qəsdlərin qarşısının alınmasında rolu barədə çıxış edib.

Daha sonra konfransda Bakı şəhər prokurorunun müavini Mobil Şəfiyev, Nəsimi rayon prokuroru Həsən Hənifəyev və Nizami rayon prokuroru Pərviz İbayevin Ulu Öndərin dövlətçiliyin qorunması, iqtisadiyyatın inkişafı, məhkəmə-hüquq islahatları, milli prokurorluq orqanlarının təşəkkülündəki xidmətləri haqqında çıxışları dinlənilib.

Konfransda Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə həyata keçirlən uğurlu daxili və xarici siyasət nəticəsində dövlətimizin daha da qüdrətlənməsi, ərazi bütövlüyünün bərpa olunması, xalqın sosial rifah halının yaxşılaşması xüsusi qeyd olunmaqla, tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin siyasi irsi və ideyalarını daim yaşadacağı, nəsillərdən nəsillərə ötürəcəyi vurğulanıb.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …