Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycanda bu il üçün neft və qaz hasilatı və ixrac proqnozları açıqlanıb

Bu il neft hasilatı 30,4 milyon ton, təbii qaz hasilatı 47,2 milyard kubmetr, ixracı isə 24,5 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır.

Boyukmillet.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir” adlı tədbirdə çıxışı zamanı qeyd edib.

Nazir əlavə edib ki, qarşıdakı illərdə yeni layihələr ixrac imkanlarımızı daha da artıracaq:

“Bu, dövlət başçısının zənginləşdirdiyi müstəqil enerji siyasətinin zirvəsi olan Cənub Qaz Dəhlizinin inkişafı üçün də önəmlidir. Cənub Qaz Dəhlizi Azərbaycanın strateji əhəmiyyətli qaz təchizatçısı kimi etibarlı tərəfdaşlığını Avropada genişləndirəcək unikal bir layihədir.

İki ildən artıq müddət ərzində Avropaya 21 milyard kubmetr qaz tədarük edilib. 2027-ci ildə Avropaya qaz tədarükünü iki dəfə artırmaqla 20 milyard kubmetrə çatdırmaq əsas prioritetimizdir”.

Check Also

Azərbaycanın “Qaz qambiti” ilə bağlı məqalə skandal yaratdı: Bakı təkzib istəyir

Azərbaycanın Rusiyadan qaz idxalı siyasi açıqlama və rəsmi rəqəmlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının …