Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Elektron hesab səhifəsi”nin xidməti barədə təqdimat olub

Dövlət Gömrük Komitəsində “Elektron hesab səhifəsi” xidməti barədə təqdimat olub.

Boyukmillet.com xəbər verir ki, pilot variantda tətbiqinə başlanan “Elektron hesab səhifəsi” xidməti ilə bağlı biznes nümayəndələrinin məlumatlandırılması, onların fikir və rəylərinin öyrənilməsi məqsədilə fevralın 22-də Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüş keçirilib.

Palata üzvlərinin və Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrinin əməkdaşlarının iştirak etdiyi görüşdə gömrük xidmətinin strateji hədəfləri, tətbiq edilən yeniliklər və layihələr, “Elektron hesab səhifəsi” xidməti barədə təqdimat nümayiş olunub, iştirakçılar ətraflı məlumatlandırılıb.

Görüşdə, həmçinin “Elektron hesab səhifəsi” elektron xidmətindən istifadə qaydaları onlayn rejimdə izah edilərək layihənin faydaları barədə məlumat verilib.

Sonda iştirakçıların fikir və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Check Also

Azərbaycan şirkətləri Britaniyada keçiriləcək sərgiyə dəvət olunub

Azərbaycanın innovativ aqrotexnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri 2025-ci ilin yanvarında Böyük Britaniyada keçiriləcək kənd təsərrüfatı …