Cümə , 22 Noyabr 2024
Drone Cameras

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Laməkan şairimiz” adlı ədəbi-bədii tədbir keçirilib

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Ordu İdeoloji Mərkəzində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Laməkan şairimiz” adlı ədəbi-bədii tədbir keçirilib. 
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutub. Tədbirin girişi İSBAM tərəfindən hazırlanmış qısa metrajlı sənədli filmin nümayişi ilə başlanıb və folklorşunas, dosent İlhamə Qəsəbovanın giriş nitqi və aparıcılığı ilə davam edib. Sonra Sabunçu rayon 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin gəncləri hazırladıqları “Nəsimi və Dərvişlər” və “Etməgil” kompazisiyalarını nümayiş etdiriblər.
 Tədbirdə iştirak edən Dünya Azərbaycanlıları Konqresinin sədri Xalq Şairi Sabir Rüstəmxanlı çıxış edərək, İmadəddin Nəsiminin Azərbaycan və dünya ədəbiyyatında rolu haqqında danışıb. Sonra Respublikanın Xalq Artisti Flora Kərimova çıxış edərək, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və “Ənəlhəqq” kompazisiyasını ifa edib. Tədbirdə 3 saylı Xüsusi İnternat Məktəbinin şagirdlərinin bədii proqramla çıxışı daha böyük maraqla qarşılanıb.


 Ədəbi-bədii tədbirdə AMEA-nın Nəsimi adına dilçilik institutunun dosenti Elçin İsmayılov da çıxış edərək şairin həyat və yaradıcılığı haqqında fikirlərini bölüşüb. Tədbirdə aktrisa Xalidə Şərifova, şair İlham Fəhmi, şair Hacı Yaşar Cahid, 246 saylı orta məktəbin şagirdi Sənan Mahmudov və müğənni Rəna Xudiyeva Nəsimi haqqında iştirakçılar qarşısında şeir və ifaları ilə çıxış ediblər.

Müdafiə Nazirliyinin Ordu İdeoloji Mərkəzinin rəhbəri, mayor İlkin Qayıbov çıxış edərək tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.
İSBAM sədrinin müşaviri Yasəmən Möhübbətqızı da tədbirdə çıxış edərək, mərkəz tərəfindən həyata keçirilən “Nəsimi 650” layihəsi haqqında iştirakçılara məlumat verib və bildirib ki, lahiyənin davamı yəni əsas hissəsi bu ay ərzində Türkiyədə həyata keçiriləcəkdir.

Tədbirin sonunda İSBAM sədri Samir Adıgözəlli çıxış edərək, ədəbi-bədii proqramın hazırlanmasında əməyi keçən hər kəsə və keçirilən layihəyə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirib. Daha sonra İSBAM sədri layihənin hazırlanmasında dəstək göstərən bir qrup şəxsi təşəkkürnamə ilə təltif edib.

Tədbirdə AMEA-nın əməkdaşları, Mədəniyyət və İncəsənət xadimləri, ehtiyyatda olan zabitlər, QHT və media təmsilçiləri iştirak ediblər.
Tədbirin keçirilməsinə Dünya Azərbaycanlıları Konqresi (DAK) təşkilati dəstək, “Dövlət və Qanun” qəzeti isə informasiya dəstəyi göstərmişdir.

This image has an empty alt attribute; its file name is 3.jpg

Check Also

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə …