“Xocalı soyqırımında həlak olanları rəhmətlə anıram”.
Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, keçmiş Baş nazir Binali Yıldırım tviterdə yazıb.
“Ruhları şad, məkanları cənnət olsun”, – o bildirib.
Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
#HocalıKatliamı’nda kaybettiğimiz canlarımızı rahmetle anıyorum.
— Binali Yıldırım (@BY) February 26, 2023
Ruhları şâd, mekânları Cennet olsun. 🇹🇷🇦🇿