Azərbaycanla İslam İnkişaf Bankı arasında çox uğurlu və səmərəli əməkdaşlıq həyata keçirilir.
Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri qəbul edərkən deyib.
İslam İnkişaf Bankının Azərbaycanla əməkdaşlığını yüksək qiymət qiymətləndirən dövlət başçısı ölkəmizin həyata keçirdiyi layihələrə bankın verdiyi dəstəyə görə qonağa minnətdarlığını bildirib.
Prezident İlham Əliyev söhbət əsnasında həm regional səviyyədə inkişaf prosesləri, həm də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” baxımından əməkdaşlığın gələcək formatının müəyyənləşdirilməsi zəruriliyini vurğulayıb.