Bazar , 6 Aprel 2025
Drone Cameras

Bakıda Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü keçirilir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.

Boyukmillet.com  xəbər verir ki, nazirlər dövlətlər arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də aktual regional məsələləri müzakirə edirlər.

Bu gün S.Lavrov Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusuna həsr olunan konfransda da iştirak edəcək.

Xatırladaq ki, S.Lavrovun Bakıya səfəri 2022-ci il fevralın 22-də Moskvada imzalanmış Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə həsr edilib.

Fevralın 27-də Azərbaycan Prezidenti İlham Əliyev S.Lavrovu qəbul edib.

Check Also

İlham Əliyev: Azərbaycan enerji sahəsində Avropa bazarında ixrac coğrafiyasını genişləndirmək istəyir

Enerji sahəsində Avropa Azərbaycan üçün əsas bazardır. Boyukmillet.com -un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham …