Çərşənbə , 23 Aprel 2025
Drone Cameras

Azərbaycanda logistika subsidiyası tətbiq ediləcək

Azərbaycanın işğaldan azad edilən ərazilərində fəaliyyət göstərən və göstərəcək ixracatçılara logistika subsidiyası tətbiq ediləcək.

Boyukmillet.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin yanında İxracın və İnvestisiyaların Təşviqi Fondunun ( AZPOMO) icraçı direktoru Yusif Abdullayev bu qurumun 2022-ci ilin yekunlarına və 2023-cü ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu subsidiyalar Azərbaycanın digər bölgələrinə təqdim olunandan daha çox və daha uzunmüddətli olacaq:

“Hazırda AZPROMO tərəfindən “Made in Azerbaijan” brendinin təşviqi mexanizmlərinə əlavələr və düzəlişlər olunur. Burda əsas məsələ odur ki, biz logistika üçün subsidiya nəzərdə tutmuşuq. Bu subsidiya Azərbaycanda bütün ixracatçılara şamil olunacaq bir mexanizmdir və bu, ixracımızın yeni bazarlara genişləndirilməsinə dəstək olacaq”.

Y. Abdullayev bildirib ki, logistika subsidiyasını ümumilikdə 5 il, işğaldan azad edilən ərazilərdə isə 10 il müddətinə tətbiqi gözlənilir.

Onun sözlərinə görə, bu layihəni mart ayında Nazirlər Kabinetinə təqdim olunacağı planlaşdırılır.

Check Also

İşğaldan azad olunmuş ərazilərə idxalda vergi və rüsum azadolmalarına dair hüquqi mexanizm genişləndirildi

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə texnika, texnoloji avadanlıqlar, qurğular, xammal və materialların idxalı üzrə əlavə …