Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Malena Mard: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflər arasında dialoq çox vacibdir

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli sülh yolu ilə həllini dəstəkləyir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə ötən gün Hamburqda keçirilmiş ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasını şərh edən Aİ-nin Azərbaycandakı səfiri Malena Mard deyib.

M.Mard bildirib ki, Avropa İttifaqı, həmçinin ATƏT-in Minsk qrupunun vasitəçilik fəalyyətini dəstəkləyir: “Biz hesab edirik ki, münaqişə tərəfləri arasında dialoq çox vacibdir”.

Azərbaycan Xarici İşlər Nazirliyi ötən gün bəyan edib ki, Ermənistanın destruktiv siyasəti nəticəsində Hamburqda ATƏT XİNŞ çərçivəsində “2+3” formatında görüş baş tutmayıb.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir