Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

QHT təmsilçilərinin iştirakıyla ağacəkmə aksiyası keçirilib

Agentlik Heydər Əliyevin 100 illiyi ilə bağlı ağacəkmə aksiyası keçirib.

Boyukmillet.com xəbər verir ki, müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Əli Pənahov və Samir Məmmədov, Agentliyin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi, 300-dən çox qeyri-hökumət təşkilatları, media nümayəndələri iştirak ediblər.

Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub. Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Aksiya zamanı Bakı və Abşeron şəhərinin iqliminə uyğun olaraq 3 hektar əraziyə 2000-dən çox Eldar şamı, zeytun ağacları əkilib, ərazidə olan bitkilərə qulluq göstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb.

Check Also

QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir….

QHT-lərin bir çox xidmətdən elektron qaydada istifadə edə bildiyi şəraitdə belə bir qurumun qarşısında silahlı polis …