Çərşənbə axşamı , 21 May 2024
Drone Cameras

Ukraynalı deputatların Bakı görüşləri davam edir 

Ukrayna Ali Radasının Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyətinin Bakıya səfəri davam edir.

Boyukmillet.com verir ki, parlamentlərarası dostluq qrupunun həmsədri Volodımır Kreydenko, millət vəkilləri Mikola Qaluşko və Anton Şvaçko, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovdan ibarət nümayəndə heyəti bu gün Ticarət və Sənaye Palatasının vitse-prezidenti Nazim Tatlıyevlə görüşüb.

Söhbət zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da dərinləşməsi, Azərbaycan özəl sektorunun Ukrayna iqtisadiyyatına sərmayə yatırması və Ukrayna şirkətlərinin işğaldan azad olunmuş torpaqlarımızın bərpasında iştirak etməsi kimi məsələlər müzakirə mövzusu olub.

Ukraynalı millət vəkilləri Ukrayna Ali Radanın sədri Ruslan Stefançukun adından Ukrayna xalqına humanitar məsələlərinin həllində və digər sahələrdə yaxından kömək olan bütün Azərbaycan vətəndaşlarına minnətdarlıq ifadə ediblər.

Daha sonra nümayəndə heyəti Ukraynanın Azərbaycandakı səfiri ilə birgə Bakıdakı Ukrayna Mərkəzini baş çəkərək onların fəaliyyətilə tanış olublar. Qeyd edək ki, 2021-ci ildə açılmış Ukrayna Evində Ukrayna dilinin tədris olunduğu siniflər fəaliyyət göstərir. Məqsəd Ukrayna ilə Azərbaycan arasında əlaqələrin inkişafına töhfə vermək, Ukrayna dilinə Azərbaycanda maraq yaratmaqdır.

Qeyd edək ki, ukraynalı deputatların nümayəndə heyəti üç gündür Bakıda səfərdədirlər. Onlar Xarici İşlər Nazirliyində, Nəqliyyat və Rəqəmsal İnkişaf Nazirliyində, eləcə də, Milli Məclisdə görüşlər keçiriblər.

Check Also

İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kamerun Respublikasının Prezidenti Pol Biyaya təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər …