Bazar , 24 Noyabr 2024
Drone Cameras

Səfikürd kəndinin 10-a yaxın sakini müraciətlərini “Açıq mikrofon”a ünvanladılar

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Goranboy rayonun sakinləri üçün qurulub. Aksiyada ümumilikdə 15 müraciət ünvanlanıb ki, bunların da 8-i Səfikürd kəndinin sakinlərinin payına düşüb.

Adıçəkilən kəndin sakinləri yeni salınmış yaşayış massivinin qazlaşdırılmasını istəyiblər. Qarasüleymanlı kənd sakini Musa Paşayev qapı keçidinin qoyulmasını xahiş edib.

Müraciətlər arasında fərdi yaşayış evinin qazlaşdırılması, qaz xəttində yaşanan sızmaların aradan qaldırılmasında köməkliyin göstərilməsi və yeni çəkilmiş qaz xəttinin istismara verilməsi kimi məsələlər yer alıb.

Görüşdə səsləndirilən müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə yönləndiriləcəyi vurğulanıb.

Check Also

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırlayıb

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl …