Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Heydər Əliyev ili” çərçivəsində “Gəncliyimiz gələcəyimizdir” adlı müsabiqə elan edilib

Mayın 21-22-də Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Xəzər Rayon Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə Dendrologiya İnstitutunda “Gəncliyimiz gələcəyimizdir” adlı foto və əl işlərindən ibarət rəsm yaradıcılıq müsabiqəsi keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, müsabiqə ölkə başçısı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr Sərəncamına uyğun olaraq “Heydər Əliyev ili” çərçivəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinn 2023 – cü il 7 fevral tarixində təsdiq edilmiş “Şuşa şəhərinin 2023 – cü ili üçün türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı” əsasında baş baş tutacaqdır.

“Heydər Əliyev ilinə” həsr olunmuş “Gəncliyimiz gələcəyimizdir” adlı əl işlərindən ibarət rəsm və yaradıcılıq müsabiqəsinin keçirilməsində məqsəd Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti əsasında yüksək erudisiyaya, geniş dünyagörüşünə, milli düşüncəyə malik gənc nəslin yetişdirilməsini, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsini və azərbaycançılıq ideologiyasının təbliğini təmin etməkdir.

Vətənpərvərlik mövzusunda keşirlən müsabiqədə iştirak etmək istəyənlər sərgidə təqdim olunacaq əsərin fotosunu, ad və soyadını, təvəllüdünü, əlaqə nömrəsini, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını mayın 10-dək əl işlərini [email protected] ünvanına əsər və əl işlərini isə əlaqədar şəxsə təqdim etməlidirlər.

Müsabiqəyə ən çox 5 əsər və təqdim edilə bilər. Seçim zamanı əl işlərində kənar müdaxilənin olmaması, həmçinin kompozisiyanın motivi, rəng seçimi və ideya əsas götürüləcək.

Təqdim olunan foto və əl işlərinin üzərində heç bir müəllif imzası və ya loqo yerləşdirilməməlidir.

Qaliblər Fəxri diplom və hədiyyələrlə mükafatlandırılacaqdır.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …