Azərbaycanda avtobus sürücülərinin sağlamlıq və psixoloji vəziyyətinə nəzarətin artırılması təklif olunur
Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.
Sənəddə sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının təmin edilməsi, gecikmələrin və sıxlığın qarşısının alınması məqsədilə xidmət keyfiyyətinin artırılması, istismarda olan avtobusların texniki sazlığına, sanitar-gigiyenik normalara nəzarətin gücləndirilməsi, avtobusların sayının və aralıq müddətinin (intervalın) müvafiq marşrut xətləri üzrə sərnişinlərin sıxlığına uyğunlaşdırılması, daşıyıcı şirkətlərin fəaliyyətinə, o cümlədən sürücülərin sağlamlıq və psixoloji vəziyyətinə nəzarətin artırılması təklifi əksini tapıb.