Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Bakıda sərnişin avtobusu yanıb – VİDEO

Bakıda sərnişin avtobusu yanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, bu gün saat 07:45 radələrində 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən “Meyvəli” bazarı istiqamətinə hərəkətdə olan “İveco Otoyol” markalı 90-LR- 327 nömrə nişanlı avtobus ilkin məlumata görə, mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanıb. Nəticədə ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala düşüb.

Hadisə yerinə dərhal yaxınlaşan YPX əməkdaşları sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin ediblər. Yanğın qısa müddət ərzində söndürülüb.

Qeyd olunan yolda hərəkət tam bərpa edilib.

t.me/reportnewsaz/65386

Check Also

Bakıda azyaşlı uşağa işgəncə verən atalığı həbs edilib

Bakıda azyaşlı uşağa işgəncə verən şəxs həbs edilib. Boyukmillet.com xəbər verir ki, hadisə Türkan qəsəbəsində …