Ötən gün axşam saatlarından başlayaraq əsən güclü külək Gədəbəy rayonunda bir sıra fəsadlar törədib.
Boyukmillet.com xəbər verir ki, küləyin təsirindən Gərgər kəndində 1 ədəd 35 kV-luq və Düzyurd kəndində 6 ədəd 35 kV-luq metal dayaq aşıb.
Bu səbəbdən ümumilikdə 92 yaşayış məntəqəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb və hazırda bu məntəqələrin elektrik enerjisinin verilməsi üçün lazımı işlər aparılır.
Bundan əlavə, rayonun 11 yaşayış məntəqəsində 9 fərdi yaşaşayış evinin ümumilikdə 488 kv.metr dam örtüyünə və 10 yardımçı tikilinin ümumilikdə 430 kv.metr dam örtüyünə ziyan dəyib, 14 yaşayış məntəqəsində 25 elektrik dayağı və 5 ağac aşmış nəticədə 447 abonentin elektrik enerjisi, 100 abonentin qaz və rabitə təchizatında fasilə yaranıb.
Qeyd edək ki, hazırda yaranmış fəsadların aradan qaldırılmasını istiqamətində adiəti qurumlar tərəfindən işlər davam etdirilir.