Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

İnam Kərimovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Kənd təsərrüfatı naziri İnam Kərimovun sabah Şamaxıda keçirilməsi planlaşdırılan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Boyukmillet.com xəbər verir ki, qəbul martın 29-da, saat 09:00-da Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında təşkil olunacaq.

Qəbulda Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlar iştirak edə bilər. Qəbula yazılmaq üçün DAİM-ə (050-351-38-44) müraciət etmək, Nazirliyin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Check Also

Aqrar Kredit və İnkişaf Agentliyi şimal bölgəsindəki aqrar layihələri mediaya təqdim edib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) Quba, Qusar və Xaçmaz rayonlarındakı …