Abşeron rayon sakininə qarşı 170 000 manatlıq dələduzluq edilib.
“Report”un xəbərinə görə, rayon sakini 1975-ci il təvəllüdlü Sadıq Xəlilov Binəqədi Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq bildirib ki, 2014-cü ilin noyabr ayından 2016-cı ilin avqust ayınadək Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Mikayıl Vəliyev onu aldadaraq 170 000 manat dəyərində tikinti materiallarını alıb, lakin pulunu ödəməyib.
Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.