Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Türk Şurasının Bakıda keçiriləcək 7-ci sammitində iştirak edəcək.
Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) əsasını qoyan Naxçıvan Sazişinin 10-cu ilinə həsr olunmuş Zirvə görüşündə Özbəkistanın şuraya tam üzvlüyü təsdiq olunacaq.