Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

“Qalatasaray” “Qarabağ”ın rekordunu qırıb

Türkiyənin “Qalatasaray” klubu “Qarabağ”ın 2022/2023 mövsümündə qazandığı ardıcıl 13 oyunluq qələbə rekordunu qırıb.

Boyukmillet.com xəbər verir ki, İstanbul təmsilçisi Super Liqanın XXV turunda “Kasımpaşa”nı 1:0 hesabı ilə məğlub edərək, yeni rekordun müəllifi olub.

“Cim-bom” ötən ilin oktyabrından bəri ölkə çempionatında keçirdiyi 14 qarşılaşmada rəqiblərinə heç bir şans verməyib.

Qeyd edək ki, “Qarabağ” mövsümün startında Azərbaycan Premyer Liqasının ardıcıl 13 oyununda qələbə qazanıb.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …